General: Bir sıra Avropa ölkələri İran PUA-larını almaq üçün müraciət edib
Bir sıra Avropa ölkələri İranın pilotsuz uçuş aparatlarını (PUA) almaq üçün müraciət edib.
“Poliqon”un məlumatına görə, bunu “Tasnim” xəbər agentliyinə açıqlamasında İran Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Reza Talaee Nik deyib.
Onun sözlərinə görə, İran istehsalı olan hərbi PUA-ların çoxlu potensial müştərisi var. Bir çox ölkələr, o cümlədən bəzi Qərb və Avropa dövlətləri İran PUA-larının alınması üçün müraciət edib.
İran Müdafiə Nazirliyinin sözçüsü müraciət edənlərin anonim qalmaq istədiyini diqqətə çatdırıb.
R.T.Nik qeyd edib ki, İran daxili ehtiyaclarını ödədikdən sonra “siyasi və təhlükəsizlik mülahizələrinin” müştəriyə şamil olunmaması şərti ilə hərbi PUA-ları ixrac etməyə hazırdır.