General: DQ-nin istehkamçıları işğaldan azad olunmuş ərazisinin minalardan təmizlənməsinə cəlb olunub
Daxili Qoşunların istehkamçıları tərəfindən qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib.
“Poliqon”un məlumatına görə, bunu iyulun 8-də Daxili Qoşunların Hərbi Şuranın iclasında daxili qoşunlar komandanının 1-ci müavini-qərargah rəisi general-mayor Tofiq Hüseynov deyib.
General-mayor Tofiq Hüseynov bildirib ki, istehkamçılardan ibarət bir qrup şəxsi heyət Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinin, Füzuli, Zəngilan və Qubadlı rayonlarının ərazisinin minalardan təmizlənməsi üzrə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunublar.
Qərargah rəisi beynəlxalq idman tədbirləri zamanı da istehkamçıların fəaliyyətinin qənaətbəxş olduğunu qeyd edib.
CATEGORIES Xəbərlər