General Dynamicsdən yeni pulemyot -FOTO
General Dynamics şirkəti yeni nəsil yüngül orta çaplı pulemyotunu (Lightweight Medium Machine Gun / LWMMG) nümayiş etdirib. Bu barədə “AzeriDefence” şirkətin saytına istinadən məlumat verib.
Ötən gün ABŞ-ın Seattle şəhərində keçirilmiş Müştərək Silah Konfransında sərgilənən pulemyot istehsal xərclərinin aşağı, təsir effektinin yüksək olması ilə analoqlarından fərqlənir.
Silahın hazırlanmasına General Dynamics şirkəti bir il vaxt sərf edib.
LWMMG silahı .338 Norma Magnum sandıqçasından istifadə etməklə həm mürəkkəb həm yaxın məsafə döyüşlərdə özünü yaxşı cəhətdən nümayiş etdirib və atış məsafəsinin dəqiqliyi 1700 metrədək qaldırılıb. Silah dəqiqədə 500 atəş açır.
KATEQORIYA: Sənaye