General Elçin İbrahimov: DSX-nin Sahil Mühafizəsi müasir gəmilərlə təmin olunub

General Elçin İbrahimov: DSX-nin Sahil Mühafizəsi müasir gəmilərlə təmin olunub

Dövlət Sərhəd Xidməti Azərbaycan sərhədlərinin qorunmasında müasir texnika, avadanlıq və müşahidə cihazlarından istifadə edir.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) Aparatının rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında bildirib.

“Azərbaycanın quru sərhədlərində mühafizənin həyata keçiriliməsində müşahidə və kəşfiyyat məqsədli pilotsuz uçuş aparatlarından, əlverişsiz hava şəraitində belə nəzarət etməyə imkan verən müasir müşahidə cihazlarından istifadə olunur”, – deyə general-mayor E. İbrahimov vurğulayıb.

E. İbrahimov həmçinin, dövlətin dəniz sərhədlərinin, neft-qaz çıxarma infrastrukturlarının mühafizəsində, DSX-nin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilən gəmilərdən də istifadə edildiyini qeyd edib.

“Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilən ən müasir “Tufan” və “Şahdağ” tipli gəmilər ilə təmin olunub. 2014-2019-cu illərdə Azərbaycan Prezidenti İlham Əliyev 6 dəfə bu mərkəzdə olub, yeni gəmilərin suya buraxılması və növbəti gəminin inşasına başlaması mərasimində iştirak edib”, – deyə general-mayor E. İbrahimov bildirib.

Poliqon.az

CATEGORIES
TAGS