Xəbərlər

General-leytenant Ayaz Həsənov vəzifəsindən azad edildi

Prezident İlham Əliyev general-leytenant Ayaz Həsənovun Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə “Poliqon” Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.

Sərəncama əsasən general-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Back to top button