General-mayor Zaur Rüstəmov: Hərbi aviasiyamız sürətlə inkişaf edir

General-mayor Zaur Rüstəmov: Hərbi aviasiyamız sürətlə inkişaf edir

Bütün sahələrdə olduğu kimi hərbi aviasiyamız da sürətlə inkişaf edir. Yeni müasir aviasiya vasitələrinin alınması və silahlanmaya qəbul olunması gündəlikdə duran vacib və prioritet məsələdir. Arsenalımızda olan təyyarə və helikopterlərin naviqasiya və silah sistemlərinin modernləşdirilməsi üzrə fəaliyyətlər planlı şəkildə yerinə yetirilir.

Bu sözləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Döyüş Kamandanının müavini – aviasiya rəisi general-mayor Zaur Rüstəmov POLİQON jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müasir müharibələr zamanı döyüş tapşırıqlarının icrası güclü radioelektron mübarizə şəraitində aparıldığını nəzərə alaraq bu sahədə də uğurlu modernləşmə işləri aparılır.

“Aviasiya məhvetmə vasitələri moderinizasiya edilir ki, bu da düşmənə təsir dərinliyinin artırılması və Hava Hücumundan Müdafiə vasitələrinin təsir zonasına daxil olmadan döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə imkan verəcək. Yeni, ən müasir döyüş-təlim və nəqliyyat təyyarələrinin alınması və təyyarə parkına daxil edilməsi istiqamətində də işlər aparılır, – deyə aviasiya rəisi general-mayor Zaur Rüstəmov vurğulayıb.

 

CATEGORIES
TAGS