General: “Zəfər yolu”nun açılması və Şuşanın alınması zamanı Mühəndis Qoşunlarının misilsiz xidməti olub

General: “Zəfər yolu”nun açılması və Şuşanın alınması zamanı Mühəndis Qoşunlarının misilsiz xidməti olub

Azərbaycan Ordusunun Mühəndis Qoşunları istər Vətən müharibəsi dövründə, istərsə də ondan sonra antiterror əməliyyatları zamanı öz qarşısında duran tapşırıqları ən yüksək səviyyədə yerinə yetirib.

“Poliqon” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi, general-mayor Anar Kərimov POLİQON jurnalına müsahibəsində bildirib.

“Bunu tam məsuliyyətlə, qürurla, fəxrlə deyirik ki, Mühəndis Qoşunları üzərinə düşən, bölmələrin hərəkət qabiliyyətini artırma tapşırığını layiqincə və ən yüksək səviyyədə icra edib.

Bundan başqa, əlbəttə ki, bu fəaliyyətin içində həm keçid açma, həm də yolların salınması var. Bizim üçün qürurvericidir ki, “Zəfər yolu”nun açılması və Şuşanın alınması zamanı Mühəndis Qoşunlarının misilsiz xidməti olub. Yerinə yetirilən tapşırıqların nəticəsi də qələbəyə gedib çatmağımız olub”, – deyə general-mayor Anar Kərimov vurğulayıb.

CATEGORIES
TAGS