“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Quru Qoşunlarının hazırlıq planına uyğun olaraq “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə xalqın Ümummilli Lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev çıxış edərək gənc zabitləri salamlayıb, məzunları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Quru Qoşunların komandanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərdən, eləcə də müharibədən sonrakı illərdə düşmən təxribatlarının qarşısını almaq məqsədilə aparılan hərbi əməliyyatlarda əldə edilən uğurlardan danışıb, məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib.

Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz veriblər.

Sonra yaş kötüyünə xatirə emblemi vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Kursun təşkilində fərqlənən təlim rəhbərləri və məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.

239a862a4780aeb9b74b91faa94d4f72 68399e34f4f5a5515eea773db93cd692 ae389ab566002fcf5cc8d7c08fced891 f6142bd76edf39fa1cf0f3f4a4164428 52e9f5a5bc90acc71119cea911e96f11

Poliqon.az

CATEGORIES