“Ground Technical Support” MMC yerli şirkətlərlə əməkdaşlığı genişləndirir
“Ground Technical Support” MMC (GTS) texnika nümunələrinə xidmətlərin göstərilməsi sahəsində imkanlarını artırmaq üzrə fəaliyyətlərini davam etdirir.
GTS-dən “Poliqon”a verilən məlumata görə, həyata keçirilən fəaliyyətlərin məntiqi davamı olaraq modernləşdiriləcək texnika nümunələrinin üzərinə yerləşdiriləcək xüsusi avadanlığın quraşdırma dəstlərinin istehsalı üçün yerli “AzeriSteel” MMC ilə danışıqlar aparılmışdır.
Bildirilib ki, məhsuldar danışıqlar nəticəsində qarşılıqlı razılaşmalar əldə edilərək, 19 iyul 2024-cü il tarixində “Ground Technical Support” MMC-nin direktoru Emin Mahmudov və “AzeriSteel” MMC-nin direktoru Aqşin Sucayev quraşdırma dəstlərinin istehsalı və onların tədarükü barədə əməkdaşlıq müqaviləsini imzalayıblar.