Gürcülər “Lazika”nı BMP-yə rəqib hazırlayırlar

Gürcüstan hərbi sənayesi tərəfindən hazırlanmış “Lazika” adlı piyadaların döyüş maşınının bəzi imkan və qabiliyyətləri hərbi ictimaiyyətə açıqlanıb. “AzeriDefence”nin bildirdiyinə görə, “Janes Defence Weekly” nəşri döyüş maşını ilə bağlı məlumat hazırlayıb.

Gürcü PDM-i üç heyətə malikdir və 7 piyadanı daşıya bilər. Hansılar ki, korpusun arxa hissəsində və ya qəza qapısı vasitəsi ilə maşından çıxa bilərlər.

PDM-in silahlanmasına 7,62 mm-lik PKT pulemyotu və Rusiyada hazırlanmış 23 mm-lik 2A14 avtomatik topu daxildir. Xarici tureldə qurulmuş top və pulemyot maşından distans idarə olunur. Atıcı və sürücü-mexanik gündüz və gecə görmə sistemlərinə və termal kameralara malikdir.

“Lazika”nın ştat konfiqurasiyasında çəkisi 14 tondur. Müasir BMP-lərlə müqayisədə çəkisinin az olmasına baxmayaraq qabaq və yan proyeksiyalar üçün ballistik müdafiəsi STANAG 4569 Level 4 səviyyəsinə uyğundur. Əlavə zireh taxmaq yolu ilə bu 5-ci səviyyəyə qədər yüksəldilə bilər. Bundan başqa, PDM-in mina əleyhinə müdafiəsi STANAG 4569 Level 4 təklif edilir.

PDM 300 at gücünə malik mühərriklə təchiz edilib ki, bu da ona 70 km/saat sürət yığmağa imkan verir

CATEGORIES