Gürcüstan istehsalı olan reaktiv artilleriya sistemi nümayiş etdirilib
Gürcüstan hərbi sənaye müəssisələrində istehsal edilmiş reaktiv artilleriya sistemi bu gün Vaziani poliqonunda nümayiş etdirilib.Bu barədə “AzeriDefence”yə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.
Təqdimata Gürcüstanın prezidenti Mixeil Saakaşvili və müdafiə naziri Baço Axaliya qatılıb.
Reaktiv raket buraxılış sistemi personalı, zirehli hədəfləri, komanda məntəqələri və istehkamlar dağıtmaq üçün işlənib hazırlanıb. Maşının heyəti beş nəfərdən ibarədir və zirehli kabinəyə malikdir.
Sistem 122 mm-lik raketləri buraxmaq üçün 40 lülədən ibarətdir. Sistem yaylım atəş zamanı 20 saniyədən bir raket buraxır. Reaktiv sistem 1000-40000 metr məsafədə hədəflərə qarşı tətbiq oluna bilir. Döyüş maşınının maksimal sürəti 80 km/saat, hərəkət uzaqlığı 500 km-dir.
Təqdimatda qeyd olunub ki, bu ağır raket buraxılış qurğusunu hazırlayan mütəxəssislər beynəlxalq təcrübədən istifadə ediblər. Döyüş maşını Müdafiə Nazirliyinin “Delta” Hərbi- Elmi Texniki Mərkəzində hazırlanıb.