Sənaye

Gürcüstan pilotsuz uçuş aparatlarının istehsalına başlayıb

Gürcüstan pilotsuz uçuş aparatlarının istehsalına başlayıb. “AzeriDefence”nin “Amerikanın Səsi” radiostansiyasına istinadən verdiyi məlumata görə, hazırda bununla bağlı Tiflis Aviasiya Zavodunda işlər aparılır.

Gürcü PUA-larının yerli mütəxəssislər tərəfindən yaradıldığı bildirilsə də onun texniki parametrləri açıqlanmayıb. Gürcüstan milli PUA-larının may ayının 26-da keçiriləcək hərbi paradda nümayiş etdirilməsi gözlənilir.

Qeyd edək ki, Gürcüstan indiyədək əsasən İsrail istehsalı olan PUA-lardan istifadə edib. Lakin Elbit Systems şirkəti ilə yaranmış problemlə əlaqədar rəsmi Tiflis 2007-ci ildə bu ölkədən alınmış PUA-ları geri qaytarıb.

Back to top button