Gürcüstan Polşadan zenit-raket kompleksləri alır

Gürcüstan Polşadan zenit-raket kompleksləri alır

Gürcüstan Müdafiə Nazirliyi ilə Polşanın “Mesko S.A.” şirkəti arasında zenit-raket komplekslərinin (ZRK) tədarükünə dair satınalma müqaviləsi imzalanıb.

Bu barədə “Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, Gürcüstanın müdafiə nazirinin müavini Giorgi Xaindrava Polşanın “Mesko S.A.” şirkətinin nümayəndələri ilə görüşüb. Görüş zamanı ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək edəcək NATO standartlarına uyğun müasir silahların Gürcüstanda tətbiqinin vacibliyinə toxunulub və tərəflər arasında əməkdaşlıq planları müzakirə edilib.

Daha sonra Polşa istehsalı olan zenit-raket komplekslərinin alınmasına dair müqavilə imzalanıb.

Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyi tərəfindən satın alınan hava hücumundan müdafiə sistemləri böyük ehtimalla “Mesko S.A.” istehsalı olan “Piorun” daşınan zenit raket kompleksləridir.

 

CATEGORIES
TAGS