Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər tutulub

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər tutulub

Yanvar ayının 11-də saat 22:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

photo 20230112112547 e1673509529937

Poliqon.az

CATEGORIES