Haluk Görgün: Bu il “Siper” Blok 1-in qəbul fəaliyyətləri tamamlanacaq

Haluk Görgün: Bu il “Siper” Blok 1-in qəbul fəaliyyətləri tamamlanacaq

Bu il “Siper” Blok 1-in qəbul fəaliyyətləri tamamlanacaq.

“Poliqon” xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı Haluk Görgün açıqlayıb.

“Xüsusilə son vaxtlar çox laylı hava hücumundan müdafiə sistemləri sahəsində sürətli irəliləyiş əldə etmişik. Qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərimizin sınaqları uğurla başa çatıb. Bu il “Siper” Blok 1-in qəbul fəaliyyətləri tamamlanacaq”, – deyə SSB başqanı bildirib.

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbərliyi altında TÜBİTAK-SAGE mərkəzi, “Roketsan” və ASELSAN şirkətləri tərəfindən birgə hazırlanan “Siper” zenit-raket sisteminin (ZRS) cari ilin may ayında son atış sınağı keçirilib.

CATEGORIES
TAGS