MüdafiəSənaye

HAVELSAN snayperi aşkar edən sistem yaradıb – FOTOLAR

Türkiyənin HAVELSAN şirkəti snayper tüfəngini aşkar edən “Atəşkəs” adlı sistem yaradıb.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sistemdə siqnalları qəbul edib aşkarlamaq üçün 8 mikrofon istifadə edilir. “Atəşkəs” sistemi snayperi atışın akustikası, o cümlədən güllə havada olan zaman meydana gətirdiyi dalğalar sayəsində aşkarlayır.

Sistem atəş mövqeyin və istiqaməti GPS vasitəsi ilə hesablayır. Təhlükəli ərazilərdə bir neçə cihazın şəbəkə halında istifadə edilməsi nəzarəti təmin etmək imkanı yaradır.

Cihazlar məsafədən bir-bir ilə əlaqələndirilə və bununla da ərazidə daha çox müvəffəqiyyət əldə edə bilir.

Sistemin təsir darəsi istifadə olunan silahın tipinə görə dəyişir. Qurğu snayper tüfəngini 500 metrə qədər məsafədə aşkar edə bilir. Sistemin aşkarlama məsafəsinin nəzəri olaraq 1-2 kilometrə qədər çıxa biləcəyi mümkündür.

5c5b7b9bb904fb19bf01dd17933360d654ceee97

5f3524f1093afd7dbf91d754ac21d113ee4ef312

533705316ccea5e407a4f87398b964afdc46f3d2

Back to top button