HAVELSAN yeni təhlükəsizlik sistemlərini təqdim edir

HAVELSAN yeni təhlükəsizlik sistemlərini təqdim edir

Türkiyənin HAVELSAN şirkəti obyektlərin, vacib məlumatların qorunması üçün müştərilərə müasir və üstün təhlükəsizlik sistemlərini təklif edir.

Bu barədə “Poliqon”a HAVELSAN şirkətindən bildirilib.

Şirkətin “Neft və Təbii Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi Layihəsi” çərçivəsində hazırladığı və “Proqram İdarəetmə İnformasiya Sistemi Layihəsi”nə (PYBS) uyğun olaraq üzərində çalışdığı sistemlər bu həllər sırasına daxildir.

“Neft və Təbii Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi Layihəsi” neft və təbii qaz obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə sistemə, obyektə qanunsuz girişlərin qarşısının alınması, aşkar edilməsi, diaqnostikası, gecikdirilməsi və cavab tədbirləri ilə həllin istismarını təmin edir. Sistem sabit və hərəkətli kameralar, perimetr təhlükəsizlik radarı, fiber optik aşkarlama, nömrə nişanının tanınması, elektro-optik kimi qəbuledici alt sistemlərindən ibarətdir. Sistem bu alt sistemlərdən alınan məlumatların həm fasiləsiz, həm də təhlükəsiz inteqrasiyasını, mərkəzi monitorinqini və idarə olunmasını təmin edir.

“Proqram İdarəetmə İnformasiya Sistemi Layihəsi” (PYBS) ilə Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) korporativ səmərəliliyin artırılması, qurumlar arasında əlverişli əlaqə və informasiya mübadiləsini təmin edəcək sistemin hazırlanması hədəflənir. Layihə əsasında proseslərin elektron mühitə köçürülməsi, müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müvafiq maraqlı tərəflərin PYBS ilə təhlükəsiz məlumat mübadiləsinə imkan verəcək strukturların yaradılması, avadanlıqların tədarükü, təlimi və CMMI “Satınalma Sertifikasiyası” fəaliyyətləri həyata keçiriləcək.

Poliqon.az

CATEGORIES
TAGS