Helikopter qəzasında şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib – YENİLƏNİB

Helikopter qəzasında şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib – YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilib.

“Poliqon” xəbər verir ki, vida mərasimində DSX-nin rəhbərliyi, şəhidlərin yaxınları, müxtəlif qurumların və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Vida mərasimi şəhid hərbi qulluqçuların cənazələrinin zala gətirilməsi ilə başlayıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasim iştirakçılarına şəhid hərbi qulluqçuların xidməti fəaliyyətləri barədə ətraflı məlumat verilib.

Vida mərasimindən sonra şəhid hərbi qulluqçular İkinci Şəhidlər xiyabanında dəfn olunmaq üçün son mənzilə yola salınıblar.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu yaralanıb.

4

CATEGORIES