Müdafiə
Hərbçilərimiz “Alp qanqalı” təlimlərində iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İyulun 25-dən avqustun 19-dək Gürcüstanın Saçxere şəhərində “Orta yay dağ hazırlığı” kursu və iyulun 26-dan iyulun 28-dək Almaniyanın Mittenvald şəhərində “Alp qanqalı” təlimi keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.



