Müdafiə
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri oktyabrın 3-dən 7-dək Makedoniyanın Kavadarci şəhərində keçirilən Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursunda, oktyabrın 3-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sülhü dəstəkləmə əməliyyatları kursunda iştirak edəcəklər.
Azərbaycan hərbçiləri oktyabrın 3-dən dekabrın 23-dək Buxarestdə keçirilən qərargah zabitləri üçün təkmilləşdirilmiş birgə əməliyyatları kursunda da iştirak edəcəklər.




