Müdafiə
Hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:
– Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə);
– Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
– Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
– Zərifə Əliyeva parkında;
– Zabitlər parkında;
– Fəvvarələr meydanında.



