HGK-82 həssas tuşlama dəstinin son partiyası Türkiyə HHQ-yə təhvil verilib

HGK-82 həssas tuşlama dəstinin son partiyası Türkiyə HHQ-yə təhvil verilib

ASFAT şirkəti Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) HGK-82 həssas tuşlama dəstinin (Hassas Güdüm Kiti – 82) son partiyasını təhvil verib.

Bu barədə “Poliqon”a ASFAT şirkətindən məlumat verilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) Satınalma Xidmətləri Baş İdarəsi ilə ASFAT arasında imzalanan protokol çərçivəsində TÜBİTAK SAGE-nində texniki dəstəyi ilə 1000 ədəd HGK-82-nin istehsalı həyata keçirilib.

İstehsal olunan dəstlərdə TÜBİTAK SAGE tərəfindən hazırlanmış KAŞİF “Qlobal Mövqe Alıcısı” və sistemə müdaxiləyə davamlı CRPA antenası da inteqrasiya edilib.

Tədarük edilən 1000 ədəd HGK-82-dən 778-i KKS (Küresel Konumlama Sistemi) antenası ilə, digər 222 ədədi isə Müdaxiləyə Dayanıqlı Antena” konfiqurasiyasıyla təhvil verilib.

Qeyd edək ki, HGK-82 mövcud 227 kq-lıq Mk-82 ümumi təyinatlı bombanı GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir. 25 km-dən çox atış məsafəsinə malikdir.

Poliqon.az

CATEGORIES
TAGS