HHQ-də “Zabit ixtisas kursu”nun ilk buraxılış mərasimi keçirilib

HHQ-də “Zabit ixtisas kursu”nun ilk buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində “Zabit ixtisas kursu”nun ilk buraxılış mərasimi keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə xalqın Ümummilli Lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər məzunlara HHQ komandanının təbriklərini çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətindən danışıb, zabitlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.

Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birinciləri tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkili çəkdirilib.

Poliqon.az

CATEGORIES