Hibrid tankın yaradılması konsepsiyası hazırlanır

“BAE Systems” şirkəti daha az yanacaq istifadə edən hibrid tankın istehsalı proqramı üzərində iş aparır.

“AzeriDefence”nin məlumatına görə, istismarda olan tankların yanacaq sərfiyyatı həddindən artıq çox olduğunda ABŞ hökuməti yeni hibrid tankların istehsalı prosesinə start verməkdə marağını açıqlayıb.

Hazırda “BAE Systems” şirkətinin təqdim etmək istədiyi elektriklə işləyəcək hibrid tankın yanacaq sərfiyyatına 20 faiz qənaət edəcəyi bildirilib. Çünki hazırda bir əsgərin işlətdiyi orta yanacaq miqdarı bir gündə 22 litrdir. Bu da ordunun xərclərinin küllü miqdarda artmasına səbəb olur.

Şirkətdən bildirilib ki, müəssisə 4 ildir tankın istehsalı konsepsiyası üzərində işləyir.

CATEGORIES