Müdafiə
Hindistan 5500 km mənzilə sahib qitələrarası raketini sınaqdan keçirdi

Hindistan “Agni-V” qitələrarası ballistik raketini sınaqdan çıxarıb.
“AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, bu raketin son 4 ildə dördüncü atış testidir. Raket nüvə başlığı daşımağa qadirdir.
5500-5800 km mənzilə sahib “Agni V” raketinin uzunluğu 7 metr, diametri 2 metr, ümumi ağırlığı 50 ton, döyüş yükü 1500 kiloqramdır.
Raketin yaradılması Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DDRO) tərəfindən həyata keçirilib.




