
Hindistan “Agni-5” qitələrarası ballistik raketini sınaqdan keçirib
Hindistan ordusu Odişa sahillərindəki APJ Abdul Kalam adasında ölkənin Müdafiə Araşdırma və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanmış və dizayn edilmiş 5 min km uzaq mənzilli “Agni-5” qitələrarası ballistik raketini sınaqdan keçirib.
“Poliqon” xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin yaydığı məlumatda raketin sınaqlarının uğurla başa çatması qeyd olunub.
“Yer-yer” tipli ballistik raket üç mərhələli qatı yanacaq mühərrikinə malikdir. “Agni-5” raketinin uzunluğu təxminən 17 m, çəkisi 50 tondur. Raket bir tondan çox nüvə başlığı daşıya bilər.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər