Hindistan Ladakx bölgəsində K9 “Vajra-T” özüyeriyən haubitsalarını yerləşdirib
Hindistan yüksək dağlıq ərazidəki Ladakx bölgəsində sınaqlar üçün ilk 155 mm çaplı K-9 “Vajra-T” özüyeriyən haubitsalarını yerləşdirib.
Bu barədə “Poliqon” “Army Recognition”a istinadən xəbər verib.
Cənubi Koreyanın “Hanwha” korporasiyasının “Hanwha Techwin” divizionu Hindistan ordusunun keçidiyi habitsa müsabiqəsi üçün 100 ədəd K9 “Thunder” özüyeriyən artilleriya qurğusu (ÖAQ) tədarük etmək üçün Hindistanın “Larsen” və “Toubro Limited” şirkətlərinin əmələ gətirdiyi “Larsen & Toubro” konglomeratı ilə birlikdə əməkdaşlıq edib.
2015-ci ilin sentyabr ayında, “Larsen & Toubro” müəssisəsi, Hindistan Ordusuna 100 ədəd 155 mm K9 “Vajra-T” ÖAQ tədarük etmək üçün 800 milyon dollar dəyərindəki müqavilənin finalçısı olaraq qalib gəlib. Müqavilənin şərtlərinə əsasən ilk 10 ədəd ÖAQ Cənubi Koreyadan tədarük edilməli, qalan 90 ədəd qurğu isə 50% yerli dəstləşdiricilər olması şərti ilə “Larsen & Toubro” müəssisəsində istehsal edilməlidir.
K9 “Vajra-T”, Cənubi Koreyanın K9 “Thunder” ÖAQ-ın səhra bölgələrində istismar edilmək üçün xüsusi hazırlanmış bir variantıdır. K9 “Vajra-T” zirehli şassiyə əsaslanan özüyeriyən haubitsadır. Artilleriya vasitəsi 155 mm çaplı və 52 çap uzunluqlu haubitsa ilə silahlanmışdır. Maksimal atəş məsafəsi 40 km-dir.
Xatırladaq ki, “The Military Balans”ın 2020-ci ilə olan məlumatına əsasən 155 mm-lik K9 “Thunder” ÖAQ hazırda Cənubi Koreya (~300 ədəd), Türkiyə (~310 ədəd), Finlandiya (6 ədəd) və Hindistan (51 ədəd) ordularında silahlanmadadır. Gələcəkdə qurğuların sayının Cənubi Koreyada 1136 ədədə, Türkiyədə 350 ədədə, Finlandiyada 48 ədədə və Hindistanda 1500 ədədə çatdırılması planlaşdırılıb.
Bu ordularla yanaşı açıq mənbələrin məlumatına əsasən Estoniya 18 ədəd, Norveç 48 ədəd və Avstraliya 30 ədəd 155 mm-lik K9 “Thunder” ÖAQ alınmasından ötrü Cənubi Koreyanın KOTRA (Korea Trade-Investment Promotion Agency) Dövlət xarici ticarət agentliyi ilə müqavilələr bağlamışlar.
Əhəd Əzizov