QuruXəbərlər

Hindistan LRLACM uzaqmənzilli qanadlı raketinin uçuş sınağını həyata keçirib

Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) LRLACM (Long Range Land Attack Cruise Missile) uzaqmənzilli qanadlı raketinin uçuş sınağını həyata keçirib.

“Poliqon” DRDO-ya istinadən xəbər verir ki, müxtəlif izləmə və ölçmə sistemləri vasitəsilə qeydə alınan məlumatlara əsasən sınaq zamanı bütün məqsədlər tam şəkildə yerinə yetirilib.

Bildirilib ki, LRLACM tamamilə Hindistanın yerli istehsalı olan bir raketdir və onun bütün alt sistemləri DRDO-nun laboratoriyaları ilə ölkədəki sənaye tərəfdaşları tərəfindən hazırlanıb.

HK22njzXwAEW5UQ

Back to top button