Hindistan Ordusu AK-203 avtomatı ilə silahlanacaq

Hindistan Ordusu AK-203 avtomatı ilə silahlanacaq

Hindistan Ordusu kütləvi şəkildə Kalaşnikov avtomatları ilə silahlanacaq.

“Poliqon” xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi yanında Müdafiə Satınalmaları Şurası yüz minlərlə AK-203 avtomatının alınmasını rəsmi olaraq təsdiqləyib.

Müdafiə Satınalmaları Şurası qərarını Rusiya prezidentinin Hindistana səfəri ərəfəsində qəbul edib. Qeyri-rəsmi məlumatlara görə, iki dövlət liderlərinin məhz cari ilin dekabr ayında baş tutacaq görüşündə texnologiyaların ötürülməsi və AK-203 avtomatının Hindistanda istehsalına başlanması üzrə yekun müqavilə imzalanacaq.

Paylaşılan məlumatda bildirilir ki, Hindistan müqavilə tələblərini müdafiə etməyi bacarıb. “Aylar boyu davam edən danışıqlardan sonra Rusiya Hindistanın tələb etdiyi kimi müqavilədəki lisenziya ayırmaları bəndini ləğv etmək qərarına gəldi” deyərək Nyu-Dehlidəki Security-Risks konsaltinq firmasından keçmiş briqada generalı Rahul Bhonsl bildirib. Onun sözlərinə görə, istehsalata 2022-ci ilin birinci rübündə başlanılacaq.

Eyni zamanda, Hindistan mənbələri istehsal həcmi ilə bağlı müxtəlif rəqəmlər verir. Beləliklə, “İndia Times” portalı təxminən 750 000 ədəd avtomat barədə yazır ki, onlardan da 70 000 ədədi Rusiyadan yığılmış və ya dəstləşdirici komponentlər şəklində gətiriləcəkdir. “İndia Today” saytında isə bu rəqəm 601 427 ədəd yerli yığım avtomat və 70 000 ədədinin Rusiyadan gətiriləcəyi göstərilir. Üçüncü rəqəmi “Janes” portalının təqdim edir ki, bu da 700 000 ədəd avtomat üçün 51,24 milyard hind rupisi (687,7 milyon ABŞ dolları) ayrıldığını bildirit. Bu rəqəmlərə əvvəllər sifariş edilmiş 70 000 ədəd avtomatın daxil olub-olmadığını göstərilmir.

Xatırladaq ki, Hindistan və Rusiya Federasiyası AK-203 avtomatlarının Hindistanda birgə istehsalı layihəsi üzərində 2018-ci ildən işləyir. Bu ilin mart ayında Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTC) rəhbəri Dmitriy Şuqayev Hindistanla AK-203 avtomatları istehsalı zavodu ilə bağlı danışıqların davam etdiyini bildirmiş, lakin yekun müqavilənin imzalanması barədə məlumat verməmişdir.

Silah zavodunun təməli hələ 2007-ci ildə qoyulub, üç ildən sonra işə başlaması planlaşdırılırdı. Amma istehsal olunan silahların modeli məsələsi həll olunmadığından müəssisənin istifadəyə verilməsi prosesi xeyli ləngiyib. Zavodun rəsmi açılışı 2019-cu ildə elan edilmiş, lakin orada kütləvi istehsal heç vaxt başlamamışdır. O zaman deyilirdi ki, “Indo-Russian Rifles Private Ltd” birgə müəssisəsi 7,62×39 mm çaplı AK-203 avtomatları istehsal edəcək. Yeni zavodda lokalizasiyanın mərhələli şəkildə artırılması ilə təxminən 700 000 ədəd AK-203 avtomatının yığılması və Hindistana Rusiyadan daha 50 000 ədəd avtomatın gətiriləcəyi planlaşdırılırdı.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES