Hindistanda “Carl-Gustaf” istehsal edəcək müəssisənin tikintisinə başlanılıb

Hindistanda “Carl-Gustaf” istehsal edəcək müəssisənin tikintisinə başlanılıb

İsveçin “Saab” şirkəti tərəfindən inkişaf etdirilən “Carl-Gustaf” qumbaraatanlarının Hindistanda istehsalını həyata keçirəcək müəssisənin tikintisinə başlanılıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sözügüdən müəssisə Hindistanın Haryana ştatında yerləşir.

Bu müəssisə həm Hindistan Silahlı Qüvvələri üçün “Carl-Gustaf M4” qumbaraatanlarının, həm də digər istifadəçilər üçün lazım olan hissələrin istehsalını dəstəkləyəcək.

Qeyd edək ki, Hindistanda “Carl-Gustaf M4” istehsalı ilə məşğul olacaq şirkət “Saab FFVO India Pvt Ltd” adlanır.

CATEGORIES
TAGS