Hindistanın “Arcun” tanklarına İsrail raketləri
Hindistan “Arcun” tanklarını Israel Aerospace Industries (IAI) şirkətinin istehsalı olan LAHAT raketləri (Laser Homing Attack or Laser Homing Anti-Tank) ilə silahlandırır. Bu barədə “AzeriDefence” xarici hərbi KİV-lərə istinadən məlumat verib.
LAHAT raketləri tank hərəkət halında olduqda belə uzaq məsafədən hərəkət edən hədəfləri vurmağa imkan verəcək.
Lazer başlıqlı LAHAT raketləri tank topundan atılır. Çəkisi 12 kq çəkən raketinin döyüş başlığı 2,5 kq, atəş uzaqlığı 8 kilometrdir.
KATEQORIYA: Sənaye