Hindistanın “BrahMos ER” uğursuzluğu

Hindistanın “BrahMos ER” uğursuzluğu

Hazırda hindistanlı mühəndislər bir həftədən bir az artıq vaxtda gəmi əleyhinə səsdən iti “BrahMos ER” raketinin həyata keçirilmiş uğursuz buraxılış cəhdini təhlil edirlər.

“Poliqon” xəbər verir ki, bu barədə “Defence24” portalı məlumat yayıb.

İndiyə qədər mühərrikin yeni işəsalma sisteminin sürətləndiricini işə salmadığı düşünülür. Bu da öz növbəsində, Hindistanın qarşılaşdığı texniki problemin həllində kömək üçün Rusiya Federasiyasına müraciət etməli olacağı anlamına gələ bilər.

Hindistanda uçuş məsafəsi 500 km-dən artıq olan “BrahMos ER” (Extended-Range) gəmi əleyhinə səsdən iti raketinin yeni bir versiyası üzərində dörd il davam edən işlərin gedişatı zamanı gözlənilməz problemlər ortaya çıxıb. Praktiki olaraq etibarlı silah hesab edilən raket, 12 iyul 2021-ci il tarixində aparılan sınaqlar zamanı düzgün işləməmiş və buraxıldıqdan dərhal sonra yerə düşmüşdür.

Buna görə də çox güman ki, Hindistanda istehsal olunan raketlərin ən azı Rusiyanın P-800 “Oniks” səsdən iti raketlərinin performansına sahib olması üçün Rusiyadan texniki dəstək istəniləcəkdir.

Qeyd olunanlara əsaslanaraq ehtimal etmək olar ki, əgər Hindistan təkbaşına analoji raketi hazırlaya bilməzsə, o zaman Rusiya ilə lazımi texnologiyaların ötürülməsi mövzusunda yenidən danışıqlar aparmaq məcburiyyətində qalacaq və gələcək işlər rus mütəxəssislərin texniki dəstəyi ilə yerinə yetiriləcək.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS