Xəbərlər

Hipersəsli silah mövzusunda çoxsaylı layihələr, milyardlarla dollarlıq xərclər və mövcud problemlər

Onlarla layihə hazırlayaraq və 15 milyard dollar xərcləyərək ABŞ hipersəsli silahlar mövzusunda Rusiya və Çini keçmək istəyir

ABŞ, 2015-2024 maliyyə illərində 70 hipersəsli raket və əlaqədar texnologiya layihələrini maliyyələşdirmiş və maliyyələşdirməni davam etdirməyi planlaşdırır.

“Poliqon” xəbər verir ki, ABŞ Hesablama Palatasının (The Government Accountability Office – GAO) martın 22-də yayımladığı hesabata görə, doqquz il ərzində hipersəs silahlarının istehsalı üçün ümumilikdə təxminən 15 milyard dollar ayrılması planlaşdırılır.

Hesabatda layihələrin əksəriyyətinin ABŞ Müdafiə Nazirliyi tərəfindən idarə olunduğu, bəzilərinin isə Enerji Nazirliyində və NASA-da olduğu qeyd olunur.

Hesablama Palatası, “Vəsaitlərin çoxu məhsulun inkişafına və hücum hipersəs silahlarının prototiplərinin potensial yerləşdirilməsinə yönəldiləcək” deyərək bildirir.

Qeyd olunur ki, hipersəsli raketlərin yaradılması səylərinin 60%-dən çoxu bu sahədəki rəqibləri – Çin və Rusiyanı qabaqlamaq istəyi nəzərə alınaraq 2017-ci ildən sonra başlayıb.

Proqramların çoxunun – 65 layihənin – texnologiyanın inkişafının ilkin mərhələsində olduğu və təməli və tətbiqi tədqiqatlara yönəldildiyi qeyd olunur. Bunlardan 29-u aerodinamika, materiallar, elektrik stansiyaları, kimya və modelləşdirmə sahələrindəki araşdırmalara yönəlmişdir. Digər 36-sı isə inkişaf etdirilməkdədir, rəhbərlik, nəzarət və ünsiyyət sahələrinə aiddir.

Hesabatda iddia edilir ki, çevik reaksiya aviasiya silahları (Air-Launched Rapid Response Weapon – ARRW) birinci olaraq son istismar imkanlarını başa vuracaqlar.

Bununla yanaşı, Hesablama Palatasının hesabatında Pentaqonun hipersəsli silahların hazırlanması və tətbiqi səylərinin bir sıra problemlərlə üzləşdiyi, hələ tam inkişaf etməmiş bəzi texnologiyaların çatışmazlığının, xərclərin qiymətləndirilməsində çətinliklərin, yüksək ixtisaslı mühəndislər tapmaqda, kifayət qədər istehsal gücünün artırılmasında problemlərin olduğu bildirilir, həmçinin nasazlıqları aşkaretmə vasitələri və poliqon sahələri ilə əlaqədar problemlərin də mövcudluğu qeyd olunur.

Eyni zamanda, hesabatda ABŞ Müdafiə Nazirliyinin bu problemləri tanıdığı və hipersəsli silahların sürətli bir şəkildə yaradılması üçün bəzi lazımlı tədbirlərin görüldüyü bildirilir.

Qrafikdə ABŞ-ın hipersəs silahları layihələrinə 2015-2020-ci illərdəki faktiki xərcləri və 2021-2024-cü illərdə potensial xərcləri göstərilmişdir.

Əhəd Əzizov

 

Back to top button