DünyaSənaye

Hipersəsli “Çirkon” raketinin sınaqlarına başlanılır

Rusiya yeni hipersəsli qanadlı gəmiəleyhinə “Çirkon” raketinin sınaqlarına hazırlaşır.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

“Zircon” hipersəsli raketin 2018-ci ildə test edilməsi planlaşdırılsa da, sınaqların vaxtı dəyişdirilərək bu ilin ortalarına təyin edilib.

Təxminən 500 km mənzilə sahib olan raket nüvə sualtı gəmilərə və mobil raket sistemlərinə inteqrasiya edilə bilir.

Məlumatda o da bildirilib ki, raketin hazırlanma layihəsi 4202 kod adı ilə həyata keçirilib.

Qeyd edək ki, səsdən sürətli daşıyıcıların hazırlanması və bu istiqamətdə elmi-tədqiqat işləri Rusiya ilə yanaşı ABŞ və Çin tərəfindən də aparılır.

Back to top button