“Hızır Reis” sualtı qayığı suya endirilib

“Hızır Reis” sualtı qayığı suya endirilib

Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən “Hızır Reis” sualtı qayığı “Gölcük” tərsanəsində suya endirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidməti məlumat yayıb.

Məlumatda suya endirilən “Hızır Reis”in, Yeni Tip Sualtı Qayıq layihəsi əsasında inşa edilən “Reis” sinifli sualtı qayıqlardan ikincisi olduğu bildirilib.

Qeyd edək ki, layihənin ilk sualtı qayığı olan “Piri Reis”in hazırda dəniz sınaqları davam etməkdədir. Onun cari ilin sonuna kimi Türkiyə HDQ-nin donanmasına daxil edilməsi planlaşdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS