Hollandiya CH-47D “Chinook” helikopterlərini silahlanmadan çıxarıb

Hollandiya CH-47D “Chinook” helikopterlərini silahlanmadan çıxarıb

Hollandiya Hərbi Hava Qüvvələri (HHQ) aviasiya parkında yer alan CH-47D “Chinook” ağır nəqliyyat helikopterlərini CH-47F “Chinook” modeli ilə əvəz edib.

“Poliqon”un məlumatına görə, buna səbəb Hollandiya HHQ-nin 25 ildən artıq istifadə etdiyi CH-47D “Chinook” helikopterlərinin istismar müddətini tamamlamasıdır.

CH-47D helikopterləri 1995-ci ildə Hollandiya Silahlı Qüvvələrinin istismarına verilib. CH-47D-lər 2012-ci ildə ABŞ-ın “Boeing” şirkətinin istehsalı olan 6 ədəd erkən-standart CH-47F helikopteri ilə artırılıb (Hollandiya bu variant üçün ilk ixrac müştərisi olub).

2016-cı ildə Hollandiya ABŞ Müdafiə Departamentinin Xarici Hərbi Satış (Foreign Military Sales – FMS) proqramı vasitəsilə daha 12 ədəd, 2017-ci ildə isə 2 ədəd CH-47F “Chinook” əldə edib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS