Hulusi Akar: Müharibə zamanı Azərbaycan yanında üçüncü ölkə olaraq Pakistan dayanmışdı

Hulusi Akar: Müharibə zamanı Azərbaycan yanında üçüncü ölkə olaraq Pakistan dayanmışdı

Müharibə zamanı Azərbaycan və Türkiyənin yanında üçüncü bir ölkə olaraq Pakistan dayanmışdı.

“Poliqon” xəbər verir ki, bunu Türkiyən Milli Müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.

“Pakistanlı qardaşlarımızla birlikdə bu hadisələr çərçivəsində hərbi təhlükəsizlik və təlim sahəsində əməkdaşlığımızı artırmaq üçün fəaliyyətimizi davam etdiririk. Qarşıdakı günlərdə bunların da inkişaf edəcəyinə inanıram. Biz bu sinerjidən faydalanmaq istəyir, bunu üçün addımlar atırıq. Quru Qoşunlarımız, Hərbi Dəniz Qüvvələrimiz, Hərbi Hava Qüvvələrimiz, müdafiə sənayemiz, xüsusi təyinatlılarımız bu istiqamətdə fəaliyyət göstərir. Qarşılıqlı informasiya mübadiləsi əsas mövzudur.

Bütün bunları nəzərə alsaq, qarşıdakı dövrdə bu fəaliyyətin müdafiə və təhlükəsizlik məsələlərində Pakistan, Türkiyə, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli töhfələri olacaq”, – deyə Hulusi Akar bildirib.

Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran nazir vurğulayıb ki, dünyada münaqişələrin olduğu müxtəlif bölgələr var: “Belə bölgələrdə məsələləri siyasi danışıqlarla həll edənlər daha təhlükəsiz, etibarlı məxrəcə gəliblər. Ermənistanın bunları anlaması və bu mənada proseslərə sahib çıxması vacibdir. Əgər bunları anlayar, lazım olan addımları atarlarsa həm təhlükəsizlik, həm də rifah baxımından çox ciddi irəliləyişə nail olmaq mümkündür.

Təbii ki, Azərbaycanın da buna ehtiyacı var. Zəngəzur dəhlizinin heç kimə zərəri yoxdur. Burada görüləcək iş iki cəmiyyətin bir-biri ilə əlaqə saxlamasıdır. Bunları dəstəkləmək lazımdır. Bunlara mane olmaq olmaz. Bu cür inkişaf rifah yaradar. Bu sadəcə Azərbaycanda qalmaz bütün ətraf ölkələrə də faydalanmaq imkanı yaradar”.

Poliqon.az

CATEGORIES
TAGS