Hulusi Akar Sarıqamış əməliyyatının şəhidlərini yad edib

Hulusi Akar Sarıqamış əməliyyatının şəhidlərini yad edib

Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin adasında məskunlaşmaq məcburiyyətində qalan əsgərlərimizə göstərdiyi yardımla “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini sərgiləyən qardaş Azərbaycan xalqını ehtiramla yad edirik.

“Poliqon” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sarıqamış Şəhidlərini Anma Günü” mesajında deyib.

Hulusi Akar bildirib ki, qəlbi vətən, millət sevgisi ilə döyünən “Mehmetçik”lərin sərt qış şəraitində Sarıqamışda şəhidlik zirvəsinə çatması yaddaşlarda dərin izlər buraxıb: ” Sarıqamış əməliyyatının 108-ci ildönümündə şəhidlərimizi rəhmət və hörmətlə yad edirik. Qəhrəman əcdadlarımızın Sarıqamış əməliyyatı zamanı göstərdikləri müstəsna şücaət və fədakarlıqlar nəsillər boyu ehtiram və minnətdarlıqla anılacaq, onların əziz xatirələri əbədi olaraq yaşadılacaqdır”.

Hulusi Akar vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri keçmişdə olduğu kimi indi də Vətəni qorumaq üçün nə lazımdırsa yerinə yetirməyə hazırdır.

“Bunlara əlavə olaraq, başda KKTC ( Şimali Kipr Türk Respublikası), Azərbaycan və Liviya olmaqla dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin haqq işini dəstəkləyirik. Eyni zamanda NATO, Aİ, BMT, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Qətər, Somali, Kosovo, Bosniya və Herseqovina və bir çox başqa coğrafiyalarda uğurla xidmət edərək regional və dünya sülhünə töhfə veririk”, -dəyə Türkiyənin milli müdafiə naziri qeyd edib.

Poliqon.az

CATEGORIES