Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə hərbi hissədə olub

Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə hərbi hissədə olub

Mayın 29-da Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə hərbi hissədə olub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar silahlanmada olan hərbi texnika, eləcə də tədris sinifləri və digər hərbi obyektlərdə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçularla görüşən hər iki ölkənin hərbi rəhbərləri onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Azərbaycanın müdafiə naziri qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salıb. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş