“Hürjet” təlim təyyarəsinin 43-cü uçuş sınağı keçirilib

“Hürjet” təlim təyyarəsinin 43-cü uçuş sınağı keçirilib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən “Hürjet” təlim təyyarəsinin 43-cü uçuş sınağı keçirilib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ilk uçuşunu 2023-cü ilin aprel ayında yerinə yetirən “Hürjet”in icra olunan sınaq uçuşları ilə dizaynı yaxşılaşdırılıb və müxtəlif təkmilləşdirmələr aparılıb.

Hazırda keçirilən sınaqlarda “Hürjet” təlim təyyarəsinin subsonik uçuş imkanları daxil olmaqla, mühərrik və bir çox sistemlərinin işləmə prinsipi yoxlanılır. Növbəti sınaqlarda isə onun səsdən sürətli uçuş bacarıqları test ediləcək.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayında Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında “Hürjet”in seriyalı istehsalı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, 2025-ci ildə ilk “Hürjet” təlim təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulub. Şirkətin 2025-ci ildən sonra hər ay iki ədəd (il ərzində 24 ədəd) təlim təyyarəsi istehsal etməsi planlaşdırılıb.

“Hürjet” döyüş təyyarəsi pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş tək mühərrikli və tandem oturacaqlı təlim təyyarəsidir. Onun uzunluğu 13.6 m, hündürlüyü 5.1 m və qanad açıqlığı 9.5 metrdir. Maksimum uçuş sürəti 1.4 mach olan təlim təyyarəsinin uçuş tavanı 13-14 km və əməliyyat mənzili 2222 km təşkil edir.

CATEGORIES
TAGS