HÜRJET və ANKA-3 birlikdə uçuş sınağı ediblər – VİDEO
TUSAŞ şirkətinin inkişaf etdirdiyi HÜRJET təlim təyyarəsi və ANKA-3 pilotsuz döyüş təyyarəsinin (PDT) birgə uçuş sınağı keçirilib.
“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, sınaq zamanı birlikdə uçan HÜRJET ilə ANKA-3 7000 fut yüksəkliyə qalxıb, 50 dəqiqə havada qalaraq 165 knot sürətə çatıblar.
İstehsalçı şirkətin məlumatına görə, bu, HÜRJET təlim təyyarəsinin 66-cı, ANKA-3 PDT-nin isə 8-ci sınaq uçuşudur.