IAI yeni nəsil LAHAT ALPHA tank əleyhinə raketini təqdim edib

IAI yeni nəsil LAHAT ALPHA tank əleyhinə raketini təqdim edib

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti LAHAT lazerlə idarə olunan tank əleyhinə raket ailəsinin yeni üzvü LAHAT ALPHA-nı təqdim edib.

IAI-dən “Poliqon”a verilən məlumata görə, 20 km-dən çox əməliyyat mənzilinə sahib olan bu yeni nəsil sistem, sərfəli qiymətli və yüksək dəqiqlikli raketlərin artan bazar tələbatını ödəmək üçün nəzərdə tutulub.

Uzaq məsafədən nişan almaq üçün dizayn edilmiş LAHAT ALPHA, qüvvələrə yüksək dəyərli hədəfləri vurmaq imkanı verir. Görmə xəttinin uzağından atılan LAHAT ALPHA, nəqliyyat vasitəsindən və ya helikopterdən buraxılır. Raket, yer və ya hava platformalarındakı lazer təyinedicilər tərəfindən işarələnən lazer nöqtəsini izləyərək hədəfi vurur. Sistemin istifadəsi asandır və operatorlar üçün bir həftədən az təlim tələb edir. Son dövrlərdəki qarşıdurmalarda sübut edildiyi kimi, lazerlə nişanalma texnologiyası GPS-in əlçatmaz olduğu və görmə xəttinin məhdud olduğu hallarda qüvvələrə üstünlük qazandıran daha etibarlı tuşlama üsulu sayılır.

2 metr uzunluğa, 25 kq çəkiyə malik olan LAHAT ALPHA, tank əleyhinə və qəlpəli döyüş başlığı variantları ilə təqdim olunur. O, tankları məhv edə, tikililərə nüfuz edə, sahil hədəflərini neytrallaşdıra və sürətlə hərəkət edən hədəfləri vura bilir.

Son otuz ildə əməliyyatlarda sübut edilmiş LAHAT raketi irsinə əsaslanan LAHAT ALPHA, IAI-nin lazerlə idarə olunan sursatlar və İsrail Müdafiə Qüvvələri də daxil olmaqla dünya üzrə çoxsaylı quru, dəniz və hava qüvvələri tərəfindən istifadə olunmuş, döyüş meydanında sınaqdan çıxmış raketlər üzrə təcrübəsindən yararlanır.

“LAHAT ALPHA, IAI-nin uzaq məsafələrdə həm həcm, həm də dəqiqlik tələb edən müasir ordu ehtiyaclarına cavab verən sübut edilmiş imkanlar təqdim etməyə həsr olunmasını əks etdirir. Onilliklərə dayanan raket və lazerlə nişanalma biliklərinə əsaslanan bu raketi təqdim etməkdən qürur duyuruq. Bu inkişaf müştərilərimizin gələcək çağırışlara hazırlığını təmin etməkdəki rolumuzu gücləndirir”, – deyə IAI-nin prezidenti və baş direktoru Boaz Levi bildirib.

LAHAT Alpha on Rotorcraft photo credit IAI

CATEGORIES
TAGS