Xəbərlər
İdarə rəisi Pakistan MMU-nin prezidenti ilə görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlil və strateji araşdırmalar idarəsinin rəisi Hüseyn Hüseynov Pakistanın Milli Müdafiə Universitetinin prezidenti general-leytenant Muhəmməd Səid ilə görüşüb.
Bu barədə “AzeriDefence”yə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Hüseyn Hüseynov həmçinin Universitetin tələbələri qarşısında “Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin prioritetləri” mövzusunda mühazirə ilə çıxış edib.






