IDEAS-2022: ASELSAN Pakistan Silahlı Qüvvələri ilə bağlı layihələr həyata keçirir

IDEAS-2022: ASELSAN Pakistan Silahlı Qüvvələri ilə bağlı layihələr həyata keçirir

Türkiyənin ASELSAN şirkəti Pakistan Silahlı Qüvvələri ilə əlaqələrini daha köklü formada davam etdirmək məqsədi ilə bu ölkədə özünün ofisini açıb.

Bu barədə “Poliqon”un IDEAS sərgisində iştirak edən əməkdaşına “ASELSAN-Pakistan” ofisinin direktoru Ahmet Tuğrul Özkan deyib.

1 13A.Özkan bildirib ki, artıq iki ildir fəaliyyət göstərən “ASELSAN-Pakistan” ofisi Pakistanda Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları ilə bağlı layihələr həyata keçirir.

“Pakistan Hərbi Hava Qüvvələri ilə olan layihələrimizdə ASELSAN-ın ASELPOD sistemi Pakistan istehsalı olan JF-17 döyüş təyyarələrinə inteqrasiya olunmuş vəziyyətdədir və uçuşlar zamanı uğurla istifadə edilir.

Quru Qoşunları ilə hərbi rabitə cihazları məsələsində texnologiya transferi proqramımız var. Bu çərçivədə istehsal prosesində yerli NRTC şirkəti ilə birlikdə fəaliyyət göstəririk.

Hərbi Dəniz Qüvvələri ilə radar sistemlərimiz, stabilizə silah sistemlərimiz hazırda mövcud layihələrimiz arasındadır. Eyni zamanda “Gökdeniz” silah sistemi üçün də son sınaqlarımızı yerinə yetirdik və tədarük prosesinə başlamış haldayıq”, – deyə “ASELSAN-Pakistan” ofisinin direktoru vurğulayıb.

A.Özkan bildirib ki, IDEAS sərgisi çərçivəsində Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli komandirləri və xarici nümayəndə heyətləri ASELSAN stendini ziyarət edib, nümayiş olunan məhsullarla yaxından maraqlanıblar.

aslepod2 1

ASELPOD elektro-optik hədəfləmə sistemi

Qeyd edək ki, ASELSAN tərəfindən istehsal edilən ASELPOD elektro-optik hədəfləmə sistemi təyyarələrin gövdəsinin altına taxılır. Kütləsi 220 kiloqram, uzunluğu 240 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Qının ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3-5 mikron dalğada çalışan detektorlar yer alır. ASELPOD ehtiyac duyulduqda lazer işıqlandırmasını da həyata keçirir. Sistem eyni zamanda 4 hədəfi təqib etməyi bacarır. Lazer məsafəölçən ilə NATO RRF kodlarını istifadə edərək hədəflər işarələnə bilir.

ASELSAN şirkəti tərəfindən hazırlanan “Gökdeniz” yaxın mənzilli hava hücumundan müdafiə (HHM- CIWS) sistemi ASELSAN istehsalı olan ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı ilə əsasən gəmi əleyhinə raketləri məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, “Gökdeniz” silah sistemi helikopter, təyyarə, pilotsuz uçuş aparatı və yerüstü nəqliyyat vasitələri kimi təhdidlərdən gəmi müdafiəsini effektiv şəkildə həyata keçirə bilir.

“Gökdeniz” sistemi atış kontrol radarı və elektro-optik (E/O) sensorlarından ibarət inteqrasiya edilmiş izləmə platforması sayəsində hədəfi dəqiq izləyə və məhv edə bilir. “Gökdeniz”in stabilləşdirilmiş silah qülləsi 35 mm KDC-02 tipi iki lüləli silah sistemi ilə dəstləşdirilib. Silah sisteminin maksimal atış tempi dəqiqədə 1100 atəş təşkil edir. “Gökdeniz” sistemi sursatlarla avtomatik qidalanma mexanizminə (OŞMBM) malikdir.

2 13

“Gökdeniz” HHM silah sistemi

Poliqon.az

CATEGORIES
TAGS