İDEF-2021: Mədət Quliyev Türkiyə SSB Başqanı ilə görüşüb

İDEF-2021: Mədət Quliyev Türkiyə SSB Başqanı ilə görüşüb

Xəbər verdiymiz kimi, bu gün Türkiyənin İstanbul şəhərində IDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işinə başlayıb.

“Poliqon” xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan Müdafiə sənayesi naziri Mədət Quliyev ilə Türkiyənin Müdafiə Sənayesi (SSB) Başqanı İsmail Dəmirin görüşü baş tutub.

Görüşdə hər iki ölkə arasında qardaşlıq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən söz açılıb, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib.

Nazir Mədət Quliyev görüşdə “Yol xəritəsi”nin hazır olmasından söz açaraq həmin istiqamətdə işlərin davam etdirilməsini jurnalistlərin diqqətinə çatdırıb.

SSB başqanı İsmail Dəmir bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini avqustun 20-dək davam etdirəcək.

IMG 20210817 160302

Poliqon.az

CATEGORIES
TAGS