IDEF-2023: FNSS geniş çeşidli zirehli texnika ailəsini sərgiləyəcək

IDEF-2023: FNSS geniş çeşidli zirehli texnika ailəsini sərgiləyəcək

FNSS şirkəti 25-28 iyul tarixlərində Türkiyədə keçiriləcək IDEF-2023 sərgisində zirehli nəqliyyat vasitələrini ziyarətçilərə təqdim edəcək.

Bu barədə “Poliqon” FNSS şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, nümayiş olunacaq məhsullar arasında həm taktiki təkərli və tırtıllı texnikalar, həm də uzaqdan idarə edilən döyüş modulları yer alacaq.

Şirkətin IDEF-də sərgiləcəyi məhsullar:

  • 7 mm-lik “Sancak” qülləsi sistemi ilə təchiz edilmiş “Gölge Süvari” insansız döyüş maşını;
  • ASELSAN şirkətinin “Nefer” döyüş modulu ilə silahlandırılan PARS İZCİ 8×8 zirehli nəqliyyat vasitəsi;
  • Silah Daşıyıcı Maşınlar (STA) layihəsi çərçivəsində hazırlanan PARS 4×4 zirehli texnikası;
  • FNSS istehsalı ÇAKA döyüş modulu ilə silahlandırılan ZAHA zirehli transportyoru və PARS IV 6×6 xüsusi əməliyyat maşını;
  • 105 mm-lik top və ASELSAN-ın “Pulat” aktif mühafizə sistemi ilə təchiz olunan “Kaplan MT” yüngül döyüş tankı və s.

Poliqon.az

CATEGORIES
TAGS