IDEF-2023 sərgisinə sayılı günlər qaldı

IDEF-2023 sərgisinə sayılı günlər qaldı

2023-cü il 25-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək 16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlıq işləri davam edir.

“Poliqon” xəbər verir ki, IDEF-2023 sərgisi, Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) ev sahibliyi, Müdafiə Sənayesi Başqanlığının (SSB) dəstəyi və Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgiləri arasında yer alan IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi 2023-cü ildə böyük uğurlara imza atamağa hazırlaşır. IDEF-2023-də dünyanın müxtəlif ölkələrindən olan şirkətlər özlərinin yeni və müasir məhsullarını, həllərini və xidmətlərini həm dövlətlərin rəsmi nümayəndə heyətlərinə, həm də sərgi salonuna gələn ziyarətçilərə və mütəxəssislərə təqdim edəcəklər.

1000-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkətin məhsul və texnologiyalarını nümayiş etirəcəyi IDEF-2023-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi stendlə təmsil olunacaq.

10 ilə yaxındır IDEF-in Rəsmi Media Tərəfdaşı olan POLIQON JURNALI MMC də sərgidə öz stendi ilə təmsil olunacaq. İngilis dilində nəşr olunacaq POLIQON IDEF-2023 Xüsusi Buraxılışı sərgi iştirakçıları və ziyarətçiləri arasında yayımlanacaq.

358356203 2266764693509649 2298188982106063982 n

Poliqon.az

CATEGORIES
TAGS