Özbəkistan-Azərbaycan əlaqələrinin hərbi-texniki sahədə genişləndirilməsi üçün böyük potensial mövcuddur

Özbəkistan-Azərbaycan əlaqələrinin hərbi-texniki sahədə genişləndirilməsi üçün böyük potensial mövcuddur

Azərbaycan ilə Özbəkistan arasında hərbi-texniki sahədə qarşılıqlı fəaliyyət dövlət başçılarının iki ölkə iqtisadiyyatının gələcək inteqrasiyasına əsaslanan siyasətinin məntiqi davamıdır.

“Poliqon” xəbər verir ki, bu sözləri Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev Mansurjon Gapparoviç POLİQON jurnalına müsahibəsində deyib.

Mansurjon İbodullayev bildirib ki, bu baxımdan Özbəkistan Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq və sıx əməkdaşlıq əsasında müdafiə-sənaye sahəsində birgə layihələr həyata keçirməyə hazırdır.

“Bu yaxınlarda Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə səmərəli görüşümüz baş tutdu. Görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüş zamanı Özbəkistan-Azərbaycan əlaqələrinin hərbi-texniki sahədə genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edildi. Biz ikitərəfli əməkdaşlığın təmin edilməsi üçün prioritet tədbirlərin müəyyən edilməsi məqsədilə bu sazişləri Yol Xəritəsində birləşdirməyi planlaşdırırıq”, – deyə Özbəkistan Müdafiə Sənayesi Agentliyinin direktoru vurğulayıb.

CATEGORIES
TAGS