“Shibli” Azərbaycanda birgə istehsal müəssisəsi yaratmaq istəyir – MÜSAHİBƏ

“Shibli” Azərbaycanda birgə istehsal müəssisəsi yaratmaq istəyir – MÜSAHİBƏ

Birgə müəssisə ölkənin daxili tələbatına cavab verməli və Mərkəzi Afrika regionu üçün məhsul ixtacatçısına çevrilməlidir

Pakistan İslam Respublikasının müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “Shibli Electronics” şirkəti optik cihazların – termal kamera, nişangah və durbinlərin istehsalı sahəsində ixtisaslaşıb. “Shibli Electronics” məhsulları dost və qardaş ölkələr Pakistan və Azərbaycanla yanaşı Yaxın Şərq və Afrika ölkələrinin Silahlı Qüvvələri tərəfindən tərcih edilir. Pakistana səfərimiz çərçivəsində “Shibli Electronics”in İdarə Heyətinin sədri Seyid Məhəmməd Şibli ilə görüşüb həyata keçirdikləri layihələr və gələcək perspektivləri ilə bağlı ətraflı danışdıq.

– Cənab Şibli, müsahibəmizə “Shibli Electronics” haqqında ümumi məlumatla başlamaq istərdik. Şirkətinizin fəaliyyəti və məhsul qrupları haqqında nələri deyə bilərsiniz? 

Untitled

– “Shibli Electronics” şirkəti müdafiə sistemlərində termal cihazlar dizayn və istehsal edir. Şirkət bu sahədə regionda qabaqcıl yeri tutur. İstehsal müəssisəmizi 2012-ci ildə qurmuşuq və son 10 ildə dünya üzrə 16-dan artıq müştəri ilə 11 mindən çox termal cihazın tədarükünə dair müqavilə imzalamışıq.

Bizim əsas visionumuz əməliyyat meydanındakı qüvvələrin texnoloji və maddi-texniki ehtiyaclarını ödəyən termal cihazların layihələndirilməsi, inkişafı və istehsalıdır. Müştərimizin tələblərini daha yaxşı başa üşmək üçün biz istifadəçilərlə sıx əlaqə saxlayırıq. Bu da məhsullarımızın müdafiə proqramlarına daha yaxşı uyğunlaşmasına imkan verir.

Məhsullarımız sırasında soyutmasız termal kameralar, durbinlər və termal nişangahlar var. Həmçinin tezliklə Ultra Uzun Mənzilli İnteqrasiya olunmuş Müşahidə Sistemlərimizi də təqdim edəcəyik.

– İstehsalat infrastrukturunuz, texnologiyanız və imkanlarınız haqqında oxucularımızı daha ətraflı məlumatlandıra bilərsinizmi?

– Əsas istehsal müəsssisəmiz Pakistanın İslamabad şəhərində, dizayn mərkəzimiz isə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşir. Bizim optika, elektronika, mexaniki hissələr və proqram təminatının layihələndirilməsi üzrə ixtisaslaşmış peşəkar və təlim keçmiş kadrlarımız var. Keyfiyyət təminatı standartları vasitəsilə bütün istehsal proseslərində uyğunluq təmin edilir.

“Ar-Ge” (araşdırma-inkişaf) mərkəzimiz yeni məhsulların hazırlanması üzərində işləyir. Yeni məhsul şirkət daxilində və ərazidə çətin sınaqlardan keçirildikdən sonra kütləvi istehsala göndərilir.

– Cənab Şibli, bir qədər də şirkətinizin hazırda önəm verdiyi layihə və istiqamətlər barədə danışaq…

ff1

– “Shibli Electronics” hazırda əsas döyüş meydanı və şəhər təhlükəsizliyi üçün qurudakı obyektlərin müdafiəsinə yönəlmiş soyutmasız termal kamera texnologiyasına əsaslanan yüksək səviyyəli hərbi xüsusiyyətlərə malik termal cihazlar istehsal edir. Gələcəkdə soyutmalı termal kamera texnologiyası ilə hava və dəniz vasitələri üçün termal cihaz həllərini şaxələndirməyi hədəfləyirik.

Soyutmasız termal kameralar yüksək keyfiyyətli görüntü, daha uzun mənzil və münasib qiymət olduğu üçün yaxın keçmişdə daha çox məşhurlaşdı. Qurudan gələn təhdidlərin qarşısını almaq üçün soyutmasız termal kameralara olan təlabat artmaqdadır. Həmçinin yüksək səviyyəli soyutmasız termal kameralar inkişaf etdirməyə yönəlmiş davamlı “Ar-Ge” proqramımız da var.

“Shibli” dizayndan satış sonrasına kimi yerli termal cihazlar istehsal etmək üçün lazım olan bütün bacarıqlara sahibdir. Hazırkı müəssisəmiz ildə 4000 ədəd cihaz istehsal etmək gücünə malikdir. Eyni zamanda istehsal qabiliyyətini artırmaqla bağlı genişləndirmə işlərimiz də davam etməkdədir.

 Cənab Şibli, az öncə şirkətinizin potensial imkanlarını qeyd etdiniz. Bəs “Shibli Electronics”in məhsullarının uğurunu təmin edəcək rəqabət üstünlükləri nələrdi?

–  Düşünürəm ki, ən vacibi məhsullarımızdan istifadə edən müştərinin ehtiyaclarını ödəmək öhdəliyimizdir. Məhsullarımız dizayn baxımından istifadəçi dostudur və uzun müddət ərzində yüksək keyfiyyət təmin edir. Müdafiə qüvvələri dayanıqlı və minimum texniki xidmət tələb edən dözümlü avadanlıq tələb edir. Biz bütün məhsullarımızı bunun üçün xüsusi olaraq dizayn etmişik. Bundan əlavə, biz müştərilərimizə geniş logistik dəstək də təklif edirik.

Beləliklə şirkətimiz termal kamera sahəsində ixtisaslaşıb ki, bu da bizə müxtəlif sahədə məhsulu olan digər şirkətlər üzərində daha böyük üstünlük verir.

– “Shibli Electronics”in qarşıda duran ixrac hədəfləri haqqında fikirlərinizi eşitmək istərdik. Şirkətinizin ixracatı hansı regionları əhatə edir?

3

– Xarici ölkələrdə satışlarımızı və fəaliyyətimizi genişləndiririk. İxrac etdiyimiz cihaz və avadanlıqlarımız həmişə istifadəçi tərəfindən təqdir olunub. 2022-ci ildə ixracımız 2021-ci ilə nisbətən əhəmiyyətli dərəcədə artdı. Məhsullarımızı tədricən Yaxın Şərq, Şimali və Mərkəzi Afrikadakı yeni bazarlara təqdim edirik. Məhsullarımızın keyfiyyətinin digər böyük OEM-lər (original equipment manufacturer) orijinal avadanlıq istehsalçısı ilə müqayisə olunması bizim üçün qürurvericidir.

– Bildiyimiz qədər “Shibli Electronics” avadanlıqları Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alır. Birbaşa satışla yanaşı, Azərbaycanda birgə istehsalla bağlı layihələriniz varmı?

Biz Azərbaycan Silahlı Qüvvələrinə və onların göstərdiyi səylərə böyük hörmətlə yanaşırıq. Azərbaycan Silahlı Qüvvələri 2019-cu ildən məhsullarımızın istifadəçisidir. İndiyə kimi məhsullarımızı Azərbaycana birbaşa satışlar ilə tədarük edirik. Ancaq gələcəkdə termal kameralara tələbatın artacağını nəzərə alsaq Azərbaycanda birgə istehsal müəssisəsi yaratmalıyıq. Beləliklə bu müəssisə həm ölkənin daxili təlabatına cavab verər, həm də Azərbaycanı Mərkəzi Afrika regionu üçün məhsul ixtacatçısına çevirər.

–  Azərbaycan “Shibli Electronics”in hansı məhsullarına maraq göstərib?

 Bunlar əsasən nişangahlardır. Bizim silah üçün “Tarsier” termal nişangahımız Azərbaycan Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Azərbaycan bu məhsullarımıza böyük maraq göstərib.

2022-ci ildə qlobal bazara üç yeni məhsul çıxardıq: SKUA mini termal durbini; “Tarsier” mini termal durbini; LRF GPS ve DMC xüsusiyyətli SKUA MP termal durbini. Bu yeni məhsullarımız Azərbaycan tərəfindən də maraqla gözləniliridi.

– Cənab Şibli, biz Pakistanda keçirilən IDEAS-2022 sərgisində “Shibli Electronics” stendində olduq və şirkətinizin müxtəlif məhsullarının, o cümlədən optik cihazları – termal nişangahlar və durbinləri nümayiş etdirdiyinin şahidi olduq. Bu sərgidə hansı məhsullarınızı önə çıxardınız?

Untitled4 IDEAS-2022-də POLİQON jurnalı ilə görüşmək bizim üçün çox xoş oldu. Sərgidə SKUA LR, SKUA MP və SKUA Mini, habelə Tarsier LR TWS və Tarsier Mini TWS termal durbinlərimizi nümayiş etdirdik. Bu məhsullar Quru Qoşunları tərəfindən istər əsas döyüş meydanı, istərsə də şəhər təhlükəsizliyi kimi müxtəlif əməliyyatlar üçün istifadə olunan cihazların bütün spektrini əhatə edir.

Burada əsas diqqət çəkən daxili GPS, DMC və LRF-ə sahib SKUA MP soyutmasız uzun mənzilli termal durbini idi. Bu durbin istifadəçiyə hədəfin dəqiq harada yerləşdiyi ilə bağlı məlumatları verən hədəf lokalizasiyasına malikdir. Ondan təkcə piyada bölmələri deyil, həm də artilleriya və hava hücumundan müdafiə qüvvələri də istidafə edir.

Sərgidə Tarsier Mini kompkat quruluşa malik durbinimiz də maraqla qarşılandı. Tarsier Mini durbini çeviklik və daşınabilmənin eyni dərəcədə vacib olduğu hücum silahları ilə yaxın məsafədəki döyüş tapşırıqlarını yerinə yetirə bilmək üçün hazırlanıb.

–  IDEAS sərgisi “Shibli Electronics” üçün hansı mühüm görüş və tədbirlərlə yadda qaldı?

 Sərgi çox uğurlu keçdi. Yüksək səviyyəli rəsmilər, o cümlədən Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və xarici nümayəndə heyətləri “Shibli Electronics”in stendini ziyarət etdilər. Bir çok köhnə əməkdaşlarımızla görüşdük və yeni əməkdaşlıqlar qurduq.

Tədbir həm də bizim üçün ona görə çox əlamətdar oldu ki, üç yeni məhsulumuzu satışa çıxardıq. Tədbirin sonunda “Shibli Electronics” şirkəti “Ən yaxşı eksponat” mükafatına da layiq görüldü.

–  2022-ci ili sektorumuz və şirkətiniz baxımından qiymətləndirə bilərsinizmi?

Untitled62 Qlobal vəziyyət 2022-ci ildə pisləşdi. COVID-19 pandemiyası ilə yanaşı Ukrayna-Rusiya münaqişəsi də bütün sənaye sahələrinə böyük təsir göstərdi. Bizim sektor da oxşar problemlərlə üzləşdi. Pakistanda hökumət və siyasət dəyişdi. Üstəlik Pakistan iş prosesinə pis təsir göstərən böyük daşqınlarla üzləşdi. Ümumiyyətlə, istər tədarük zəncirinin, istərsə də maliyyə sahəsinin idarə edilməsində; bütün cəbhələrdə böyük mübarizə var.

Məmnuniyyətlə demək istəyirəm ki, bu çətin dövrlərdə belə 2022-ci il “Shibli Electronics” üçün uğurlu oldu. Biz bir çox mühüm müqavilələr imzaladıq və yeni məhsullar, həllər təklif etdik.

– 2023-cü il üçün hədəfləriniz, planlarınız və gözləntiləriniz haqqında nə deyə bilərsiniz?

2023-cü il üçün hədəflərimizə ixrac coğrafiyamızı genişləndirmək və artırmaq daxildir. Bundan əlavə, geniş məhsul çeşidliliyi üçün yeni termal cihazlar hazırlamağı hədəfləyirik.

Qlobal miqyasda qarşılaşdığımız əsas problemlərdən biri COVID-19 və İqlim dəyişikliyidir. Ümid edirəm ki, 2023-cü ildə pandemiya sona çatacaq və qlobal istiləşmə də azalacaq.

– Cənab Şibli, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

Düşünürəm ki, informasiya və müşahidə son dövrlərdə müdafiə sahəsində mühüm əhəmiyyət kəsb edir. “Shibli Electronics”in məqsədi Silahlı Qüvvələri sülh və təhlükəsizliyi təmin etmək bacarığı ilə təchiz etməkdir. Gələcəyə böyük ümidlər bəsləyirəm və POLİQON jurnalının bütün oxucularını yeni il münasibətilə təbrik edirəm.

Zaur Babaşov

POLİQON JURNALI

CATEGORIES
TAGS