İjmaş AK-74-ün 4 yeni variantını hazırlayıb

Rusiyanın “İjmaş” müəssisəsi AK-74 avtomatının müasirləşdirilmiş 4 yeni variantını təqdim edib. “AzeriDefence.com” saytının xəbərinə görə, “İjmaş”ın yaydığı press-relizdə sentyabrın 27-də keçirilmiş Hərbi-Sənaye Komissiyası yanında İdarələrarası Işçi Qrupun müşavirəsində müəssisənin baş konstruktoru Vladimir Zlobinin AK-74 avtomatının müasirləşdirilmiş 4 variantını təqdim etdiyi bildirilib.

Yeni variantda AK-74-ün qundaq yatağı və yanlarına Picatinni relsləri yerləşdirilib. Bu silahın üzərinə kollimator, optik və elektron-optik nişangahları, lazer tuşlayıcı, infraqırmızı fənər, ön dəstək qurmağa imkan verəcək. Bundan başqa avtomat teleskopik qundağa və şəffaf darağa malik olacaq.

KATEQORIYA: